25 iyun 2020 11:59
3170

Hadisənin 22 min lirəlik tərzi - FOTO

Kaan Yıldırımla eşq yaşayan türkiyəli aktrisa Hadisə bu dəfə dünyaca məşhur italyan markasından geyinərək gündəmə gəlib.

"İki sahil" xəbər verir ki, bir gün əvvəl İtaliyanın "Fendi" markasının geyimləri ilə evdə poza verən Hadisə fotolarını sosial mediada yayımlamağı da unutmadı.
Paylaşımı 350.000 bəyənmə və yüzlərlə şərh qazanan 34 yaşlı müğənni izləyicilərindən iltifat aldı.
Posta qəzetindəki xəbərlərə görə, məşhur müğənninin paltarı 11 min TL, ayaqqabısı 6 min TL, mini çantası isə 5 min TL idi. Hadisənin bu tərzinin ümumi dəyəri 22 min TL idi.

Qeyd edək ki, gözəl müğənni paltarlarını sponsor qarşılığında deyil, pulla alır.