25 yanvar 2021 19:50
1450

Hansı xalqlar bir-biri ilə qohumdur?

Belə bir deyim var: dünyadakı bütün insanlar bir-birilə qohumdur. Lakin müxtəlif xalqlarda doğmalıq dərəcəsi müxtəlifdir. Mədəni ənənələri, dil xüsusiyyətlərini və DNT-ni nəzərə alaraq, bir-birinə çox oxşar xalqlar və etnoslarla bağlı çox maraqlı cütlüklər ortaya çıxır:

Hind və Qafqaz xalqları

 Genetika üzrə alimlər Qafqazda 3000-6000 il əvvəl yaşamış insanların qalıqları üzərində tədqiqatlar aparıblar. Onların DNT nümunələri digər xalqlarla müqayisə edilərək belə qənaətə gəlinib ki, Maykop mədəniyyətinin nümayəndələri hindlərlə genetika baxımından bənzərdirlər.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, qafqazlıları bəzi müasir Sibir xalqları ilə də qohum hesab etmək olar. Onların Cənubi və Cənubi-Şərqi Avropa xalqları ilə də əlaqəsi müəyyən edilib.

Macarlar və mansi xalqları

Təəccüblüdür ki, mansi və macarların xarici görünüşlərini nəzərə alsaq, ortaq heç bir şey yoxdur. Lakin dil təhlili əksini göstərir. Bir zamanlar bu xalqların əcdadları eyni torpaqda yaşayıblar. Yalnız yeddi min il əvvəl uqor qrupunun bir hissəsi ayrıldı və Ural və Qərbi Sibirdən cənubda, digər etnik qruplarla qaynayıb qarışdı. Macarlar və mansilər eyni masada görüşsələr, dil maneəsi çox az olacaq: bu xalqların dillərində çoxlu sayda eyni və ya oxşar sözlər var.

Norveç və tatar xalqı

Belə bir məsəl var, bir dəfə norveçli şərikinin astagəlliyindən bezmiş bir biznesmen ona özünə tatar xalqından bir şərik tapmağı məsləhət görür. Cavabında isə norveçli elə onların da tatar olduğunu deyir. Bu, məsəl olsa da, əslində bir həqiqətdir: tatar və norveç xalqlarının kökü eyni əcdaddan, qərbi hunlardan gəlir. Bunu həmin etnosların DNT-si üzərində aparılan tədqiqatlar da təsdiqləyib.

Livanlı və maltalılar

Livan xalqları finikiyalıların nəsilləridir, baxmayaraq ki, tarixlərində çox qarışıqlıqlar baş verib. Bəzi araşdırmalardan sonra maltalıların özlərini finikiyalıların nəsilləri hesab etdikləri ortaya çıxdı və buna görə də onlarla livanlıların qohum xalq olduğunu demək olar. Bu xalqların genetik təhlillərinin nəticələri də bunu təsdiqləyir.