02 mart 2020 13:27
2094

Hasarlar aşaraq qaz xətlərini zədələyib

Güclü küləyin təsirindən Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Göyüşov küçəsində hasar 3 abonenti qazla təmin edən diametri 15 və 20 mm olan kəmərlərin üzərinə aşıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə bu barədə məlumat verilib. Bildirilib ki, Abşeron rayonu Saray qəsəbəsində isə aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb. Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Hər iki yerdə “Azəriqaz” İB-nin əməkdaşları bərpa işlərinə başlayıb.