23 yanvar 2020 14:31
1169

Hava ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "İki sahil"ə verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında

yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.