12 oktyabr 2020 22:12
1191

Haydı irəli, qardaş!

Əsgər məktubu

Darıxma sən ay ana

Hər şey gözəldi burda.

Mən də keşik çəkirəm

İndi bu doğma yurda.

 

Öyüdlərin hər zaman

Qulağımda səslənir,

Bilirəm ki, dünyada

Ən şirin şey Vətəndir.

 

Hər bir qarış torpağa

Can qoymağa hazıram,

Mən bu məktubu sənə

İndicə aldığımız bir səngərdən yazıram.

 

Düşmən tülkü tək qaçır

Qovuruq onları biz.

Neçə ildir dözürük

Daha bitib səbrimiz.

 

Bu cənnət diyarımız

Çox bulanıbdır qana,

İndi böyük hünərlə

Dərs veririk düşmənə

 

Dərələrim, dağlarım

Məni bağrına basır,

Bizdə bu gün toy, bayram

Düşmən evində yasdır.

 

Tənha qalan bulaqlar

Görüb sevinir məni,

Yanımdakı dostlarım

Öpür çölü-çəməni.

 

Xarı bülbül boylanıb

Astaca süzür bizi,

O da təbrik eyləyir

Bu Vətən sevgimizi.

 

Uçub dağılan evlər

Sığallanır yerində,

Deyir sahibim gələr

Yəqin günün birində.

 

Quruyan ağacların

Budaqları hay salır,

Bizim yenilməz ordu

Gündə bir zəfər çalır.

 

Bax beləcə irəli,

İrəli gedirik biz.

Heç vaxt geri dönmərik,

İnan, ana Vətənsiz

 

Mənim üçün darıxma

Məndən nigaran olma,

Demə ki, bax nə vaxtsa

Bir şey olar oğluma.

 

Vətənçün doğulmuşam

Ölməyə də hazıram.

Neçə vaxtdır sağalmır

Vətən adlı bu yaram.

 

Nə vaxtsa mən dönməsəm

Ölsəm vətən yolunda,

Sən bircə söz deyərsən

Vətən sağ olsun, onda.

Vətən sağ olsun onda.

 

***

Haydı irəli, qardaş!

Sən od-alov yağdır düşmənlərin başına

Ötən illəri qaytar onların yaddaşına.

Qoy nakəslər yansınlar cəhənnəmin oduna,

İntizar torpaqları geri al yavaş-yavaş

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

 

Andraniklə bir yerdə qulaqları kəsilib,

Bizim torpaqda qalıb, öz torpaqları bilib

Axciklər hesabına qüvvətə, cana gəlib,

Bilmirdilər nə vaxtsa yenə başlayar savaş

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

 

Ömrü boyu qaçıblar görən kimi bizləri

Yandırın, qoy qalmasın bu torpaqda izləri.

Vətənin sahibidir Azərbaycan əsgəri

Qoy rahat nəfəs alsın torpağımda qaya, daş,

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

 

İt kimi sümsünürlər özgə torpaqlarında

Gözləri hər vaxt qalıb Azərbaycan varında,

Onlara borcumuz var Kəlbəcər dağlarında

Onları tutan zaman hər qanunu, həddi aş,

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

 

Xocalı harayını çıxarma sən yadından

İndi vaxt yetişibdir, qılınc çıxıbdır qından,

Al, sən bu hayıfları arvadından, qızından

Qoy, baxıb yerə girsin, o binamus, taxtabaş,

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

 

Dizi üstə çökdür sən o qan içən yağını,

Dalğalandır Şuşada Vətənin bayrağını,

Yenə əlvan bəzə Turşsu, Xan bulağını

Qursunlar doğma yurdda dost, qohum, yenə bardaş

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

 

Hər arzu, niyyətimiz doğma Vətənlə təndi

Şəhidlər ölmədilər, gül çiçəyə bələndi,

Vətən uğrunda ölən varsa, onda Vətəndi

Mən də bir gün olaram sizinlə bir silahdaş,

Daha səbir qalmayıb, haydı irəli, qardaş!

***

Çiçəklənən Naxçıvan

Mənim doğma diyarım,

Sənlə fəxr edirəm mən.

Gül çiçək ətri gəlir,

Sənin küçələrindən.

Sən səhərə boylanan,

Nurlu, aydın şəfəqsən.

İnsanların gülərüz,

Xoş sifətli mehriban.

Ey mənim doğma yurdum,

Çiçəklənən Naxçıvan.

 

Tarixlərin yaddaşı,

Neçə abidələr var.

Dünyaya səs salıbdır,

Köksündən çıxan sular.

Daşında, kərpicində,

Min illik tarix yaşar.

Günəş tək boylanırsan

Şərqin astanasından.

Ey mənim doğma yurdum,

Çiçəklənən Naxçıvan.

 

Basılmaz hünərinlə,

Səs salmısan cahana.

Qatil azğın düşmənlər,

Baxırlar yana-yana.

Dünya heyran qalıbdır,

Sənin Heydər oğluna.

Sən bitib göyərmisən,

Onun arzularından.

Ey mənim doğma yurdum,

Çiçəklənən Naxçıvan.

 

Gecələr ulduzlardan,

Nur tökülür üstünə.

Xan Arazın gəlin tək,

Xumarlanır, nazlanır.

Fantanların, bağların,

Yaraşıqdır hüsnünə.

Üç rəngli bayrağın da,

Başın üstə dayanır.

Biz də qüvvət alırıq,

Sənin arzularından.

Ey mənim doğma yurdum,

Çiçəklənən Naxçıvan.

 

Durub başının üstə,

Oğulların nər kimi.

Hər daşında, çölündə

Xoş arzular göyərir.

Bilmirəm necə bölüm,

Səninlə öz sevgimi.

Sənin hər günün, anın,

Yazılmamış əsərdir.

Sən həmişə Ramizin,

Onuru, vüqarısan,

Ey mənim doğma yurdum,

Çiçəklənən Naxçıvan.

Ey mənim doğma yurdum,

Çiçəklənən Naxçıvan.

 

Ramiz Babayev,

Azərbaycan Yazıçılar birliyinin

üzvü, "Qızıl qələm" mükafatçısı