22 yanvar 2019 18:11
535

Hazırda Bakıda 270 “BakuBus” avtobusları fəaliyyət göstərir

Hazırda paytaxtda 270 "BakuBus" avtobusları fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hazırda "BakuBus" MMC-nin tabeliyində 300 avtobus var və 270-i fəaliyyət göstərir, 30-u isə ehtiyatdadır. Ümumilikdə isə paytaxtda 2100 avtobus fəaliyyət göstərir.