28 fevral 2020 18:23
1805

Hazırda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır

Azərbaycanda hazırda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır.

Bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarateva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən 1-i taliya, 12-si İran, 7-si digər ölkə vətəndaşlarıdır: "Həmin şəxslər müalicə olunmur. Hazırda onlardan müayinələr götürülüb və cavablar gözlənilir. Cavablar gələnə qədər onlar karantində saxlanılacaq". //Trend