17 fevral 2020 15:13
1476

HDQ-də intellektual bilik yarışı keçirilib - FOTO

2020-ci ilin fəaliyyət planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəxsi heyətin intellektual bacarıqlarının artırılması məqsədilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Xəmsə” intellektual bilik yarışı keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmfətinə istinadən xəbər verir ki, bu mövzuda keçirilən bilik yarışları şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərdiyindən belə tədbirlərin keçirilməsinə böyük diqqət ayrılır. İntellektual bilik yarışmasının sualları əsasən qəhrəmanın həyat və fəaliyyətini əhatə edib.
İştirakçıların yüksək intelektual bilik nümayiş etdirdiyi yarışın sonunda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.