20 sentyabr 2020 20:28
764

Hədəfim Çempionlar Liqasıdır

"Türkiyənin yeni çempionu "Başakşehir"dən Azərbaycanın ən köklü və ən böyük klublarından olan "Neftçi"yə gəldiyim üçün həqiqətən də çox xoşbəxtəm. Bu klub Türkiyə və dünyada da tanınır. Belə komandada oynamaqdan məmnunam".

“İki sahil” Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Mert Çelik klub televiziyasına müsahibəsində deyib. 20 yaşlı mərkəz müdafiəçisi "Başakşəhər"dən icarə əsasında "Neftçi"yə keçməsinin səbəbini izah edib: 

"Neftçi" ölkənin ən qədim və köklü klubudur. Burada gənclərə çox böyük önəm verilir. Mənim bu klubu seçməkdə ən böyük səbəbim gənclərə böyük diqqət və qayğının göstərilməsidir. Ona görə də burada olduğum üçün çox xoşbəxtəm".