13 mart 2020 17:08
2400

Hər kəsin görməyə cəsarət etmədiyi yer: Catacombe

Catacombe Fransanın paytaxtı Paris şəhərinin mərkəzində bir çox insanın görməyə cəsarət etmədiyi bir yerdir. Yüz minlərlə kəllə sümüyünə evsahibliyi edən Catacombe əslində qədim bir mədəndir. Bəs, niyə burada bu qədər kəllə sümüyü var? Cavabı “İki sahil” təqdim edir.

Parisin diqqət çəkən muzeylərindən olan Catacombe turistlərə gərgin anlar yaşadır. Muzey yüz minlərlə kəllə sümüyünə sahib olduğundan, hər kəsin asanlıqla ziyarət edə biləcəyi bir yer deyil.

Catacombe Parisi iki hissəyə ayıran Sena çayının cənubunda 14-cü rayonda yerləşən bir muzeydir. Avenue du Colonel Henri Rol-Tanguyda yerləşən Catacombe Denfert-Rochereau meydanının ərazisindədir.

Catacombe Parisin xarakterik binaları üçün əhəng daşı çıxarılan yeraltı mədəndən bir muzeyə çevrilib. Əsrlər boyu mədən sahəsi olan bu bölgə  18-ci əsrdə Parisdə yayılan epidemiya nəticəsində yeraltı qəbiristanlığa çevrilib.

Dövrün sakinləri şəhərdə meydana gələn yoluxucu xəstəliklərə görə  Parisdəki bütün qəbiristanlıqlar tədricən buraya köçürülməyə başladı.

Əvvəlcə Forum des Halles yaxınlığındakı "Günahsızlar qəbiristanlığı"ndakı sümüklər və kəllə sümükləri bu gün CataCombeyə  köçürülüb. Sonradan çox qəbiristanlıqlar köçürülüb.

Yer altında və qaranlıq olmasından əlavə, skeletlərdən və nəmdən yaranan xoşagəlməz bir qoxu, hər kəsin qəbul edə biləcəyi bir yer deyil. Muzeydə qarderob olmadığından, üzərinizdə çox geyim və digər vasitələr olmadıqda ziyarətə getmək tövsiyə olunur. Digər tərəfdən, köhnə bir mədən sahəsi olduğundan istifadə edə biləcəyiniz bir tualet də tapmaq mümkün deyil. Bunu da nəzərə alın.

Catacombeyə giriş haqqı 12 avrodur. Bundan başqa, əlavə olaraq 3 avro versəniz “Notre Dame” kilsəsinin altındakı qazıntı sahəsini də ziyarət edə bilərsiniz.