16 yanvar 2019 10:58
485

Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir

Hərbi təhsil sisteminin müəyyən  sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.  

Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.