22 may 2019 14:51
1739

Hərbi hissədə görüş keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin rəhbərliyi ilə bir qrup müharibə veteranı, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri cəbhəboyu zonada N saylı hərbi hissədə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərimizin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ordumuza göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlardan danışıblar.

Sonra qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim olunub.