28 yanvar 2020 11:32
1363

Həyatda qalmaq üçün 34 gün meşədə...

Kolumbiyalı bir ana və 10, 12 və 14 yaşlarında üç uşağı ilə meşədə itdikdən 34 gün sonra perulular tərəfindən tapılıb.

“İki sahil” xəbər verir ki, Peru-Kolumbiya sərhədi yaxınlığındakı bir bölgədəki qohumlarını ziyarətdən qayıdarkən ana və üç uşağı yollarını itirib. Ailənin toxum, bitki və gilmeyvə yeyərək sağ qaldıqları öyrənilib. Qidalanma və həddindən artıq maye itkisindən əziyyət çəkən ana və 3 uşaq xəstəxanada müalicə alıb.

Amazonlardakı Putumayo çayı yaxınlığındakı ərazidə itkin düşən ana və  üç uşaq meşədə 34 gün gəzdikdən sonra Yubito kəndi yaxınlığındakı Sequoia sakinləri tərəfindən tapılıblar. Yerli sakinlərin Peru donanmasına məlumat verdikləri və onların da kolumbiyalı həmkarlarına məlumat veriliblər.

Ailə bir qayıqla ərazidən təxliyə edilib. Ailənin Puerto Leguízamodakı dəniz bazasında gözləyən atalarının görüşmə anları “Caracol” televiziyasında yayımlanıb.

Meşədə yaşadıqlarını ana “Hər 30 dəqiqədə su içməsəydik, ölərdik. Dözmək məcburiyyətində idik və qızlarımın artıq gəzə bilməyə halları qalmamışdı.” sözləri ilə ifadə edib.