07 fevral 2019 11:16
998

Hindistan idxal həcminə görə Çini ötəcək

Hindistanın neftə və qaza olan tələbatı o qədər yüksəlib ki, onun artıq istehlak həcminə görə tezliklə Çini ötərək ABŞ-dan sonra qərarlaşacağı güman edilir. Bu mövqe Hindistanın neft-qaz bazarında təsirini gücləndirə bilər.

Cənubi Asiya ölkəsi olan Hindistanın 1,25 milyard əhalisi var və sürətlə inkişaf edən iqtisadiyyatının bütün sahələrində idxal olunan neft və qazdan istifadə edilir. 

“2019-cu ildə də neftə olan tələbatın eyni sürətlə artacağını proqnozlaşdırırıq. Bu, Hindistanın tələbata görə qlobal olaraq, ikinci pillədə yer alması deməkdir”,- deyə “Market Risk” konsultasiya şirkətinin şəriki Naohiro Niimura bildirib. 

“OPEK” güman edir ki, 2040-cı ilə qədər Hindistanın xam neftə olan tələbatı günə 5,8 milyon barrel təşkil edəcək, bu, dünya üzrə tələbatda 40% artım deməkdir.

“Wood Mackenzie” proqnozlar şirkəti isə bildirib ki, neftin qiymətinin dəyişkənliyi bu il də davam edəcək və qiymətlərin yüksəlməsi böyük xam neft idxalçısı olan Hindistan üçün heç də xoş hal deyil.