23 oktyabr 2020 17:55
2175

Hipnoz haqqında bunları bilirdinizmi?

Hipnoz XIX əsrdə ingilis cərrahı tərəfindən düşünülmüşdür . Hipnoz - psixologiya elminə görə, təlqinə əsaslanan süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir. Hipnoz yunan tanrısı Hipnosun adından götürülüb.  Hipnozun yaranma səbəbi isə əməliyyat zamanı xəstənin ağrı hiss etməməsidir.

Termini ilk dəfə istifadə edən, yunan mifologiyasındakı yuxu Tanrısı  olan Hipnosun adından  ilhamlanan həkim S.James Braiddir(1795-1860).

Bütün dünyada hipnozu əsasən sakitləşdirici vasitə kimi istifadə edirlər. Hipnoz vasitəsilə depressiyanın müalicəsi isə 2-ci yerdədir.

Çoxları elə düşünürlər ki, hipnoz ilə məşğul olan insanlar qeyri-adi bacarığa malikdirlər. Lakin bu cəfəngiyatdır.

Əslində isə bu insanlar sadəcə olaraq, bu elmlə maraqlanır və dərinliklərinə varırlar. Hipnoz adama rahatlaşmağa və üzərindən psixoloji gərginliyi atmağa xidmət edir.

Şou- biznes ulduzları da hipnozu sınaqdan keçiriblər. Dryu Berimor hipnozun köməyi ilə narko-asılılıqdan azad olmağa çalışmışdı, “Black Eyed Peas” qrupunun solisti olan Ferci isə hipnozdan  içki asılılığından azad olmaq üçün istifadə edib.

Məşhur aktrisa Jennifer Aniston uçuş qorxusu fobiyasından xilas olmaq üçün,psixoloji dəstək alır və hipnoz edilir.

Hipnozun dərinlik dərəcələrinə və xüsusiyyətlərinə görə fərqli növləri mövcuddur . Əsas olan üç hipnoz halı vardır: halsızlıq (şarm, təlqin, inanclılıq halı), katalepsi(donma halı) və somnambülizm (yuxudagəzmə halı).

Maraqlı faktlardan biri də odur ki, insan hipnoz vəziyyətində olanda onun allergik reaksiyası itir. Belə nəticəyə gəlmək olar ki, allergiya insan şüurundan asılıdır.

 Əgər insan hipnoz vəziyyətinə düşmək  istəmirsə, onu hipnoz etmək qeyri-mümkündür. Hipnoz olmaq üçün ən əsas istək və motivasiya lazımdır.

Avstraliyada hipnoz kursları çox geniş yayılmışdır. Bu kurslar əsasən zərgərlik mağazası və bank işçiləri üçün nəzərdə tutulmuşdur. Kursda onlara oğurluq zamanı oğruların  necə hipnoz etməsi yollarını öyrədirlər ki, hipnoza düşməsinlər.

Alimlər tərəfindən sübut olunmuşdur ki, hər bir insan hipnoz vəziyyətinə düşüb. İnsan gün ərzində bir neçə dəfə qısamüddətli trans vəziyyətinə düşür. Bunun nəticəsində də bizim psixologiyamız özünü müxtəlif yüklənmələrdən qoruyur.

Samirə Tağıyeva, "İki sahil"