27 fevral 2020 11:53
1614

Hüsmen Basut Bakı aeroportunda öldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib.

Mərhum Türkiyənin Karabük vilayətində dəfn edilib.

Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.