25 fevral 2020 15:07
1483

Hüsnü Mübarək vəfat etdi

Misirin sabiq prezidenti Məhəmməd Hüsnü Mübarək dünyasını dəyişib.

91 yaşlı keçmiş prezident bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi. //Trend