08 iyul 2019 13:42
231

“I ƏKİNÇİ KUBOKU” mini futbol turnirinin  ilk oyunları keçirilib

Media nümayəndələri arasında keçirilən “I ƏKİNÇİ KUBOKU” mini futbol turnirinin  ilk oyunları keçirilib

“Azfar Group”un təşkilati dəstəyi, 4çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu  ilə Jurnalistləri arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turniri  ilk mərhələsinin oyunları keçirilib.

Ötən gün ilk turun 4 oyun  baş tutub.  Turnir iki oyunla start götürüb.  “İnternasional” – “Zborpress”  və “İki sahil” – “TreMiDaAz” ilə üz-üzə gəlib.

Digər 2 qarşılaşma isə saat 11:00-da başlayıb.  “Yeni Müsavat” – “REAL TV”, “İTV” – “APA” ilə münasibətlərinə aydınlıq gətirib.

Qeyd edək ki, kubokun iki oyunu isə 9 iyulda keçiriləcək.  “Bakı 2019” – “ ARB TV”  və “Idman Azərbaycan tv” -  “Xəzər” oyunlar “Azfar Group”un stadionlarında keçiləcək. Diqqətinizə çatdıraq ki, oyunları AFFA-nın təyin etdiyi  referləri idarə edir.

Qalib komandalar aşağıdakı hədiyyələri əldə edəcək:

  • 4çarx Təkər Mərkəzindən:  endirim kuponları
  • İrşad Elektroniksdən  I və II yeri tutan komandaların  bütün üzvlərinə “HONOR” smart saatları
  • Baş Sponsor  “Mammedof  Group”  tərəfindən hər kəs enerji içkiləridən dadacaq və hədiyyələr
  • Nizami Kino Mərkəzindən bir komadanın bütün üzvlərinə kinoya 2 nəfərlik bilet

Nəticələri sizə təqdim edirik:

“İnternasional” – “Zborpress” -  9:1

“İki Sahil” – “TreMiDaAz”  - 5:3

“Yeni Müsavat” – “REAL TV”  - 2:1

“İTV” – “APA”  - APA texniki məğlubiyyət

“ARB TV” – “ BAKI 2019”               09.07.2019  saat  18:00-da

“İdman Azərbaycan” – “ Xəzər”     09.07.2019  saat  20:00-da