15 may 2020 19:44
1595

İbrahim Məmmədov: Fikir birliyi tam deyil

"İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur".

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

İ.Məmmədov əlavə edib ki, növbəti mərhələlərdə idmanla bağlı aspektlər də aktuallaşa bilər: "Bu məsələ müzakirə olunur. Götür-qoy edilir ki, yoluxma aspektləri nə qədərdir. Söhbət soyunub-geyinmə otağı və başqa yerlərdən gedir. Bu məsələlərdə fikir birliyi tam deyil deyə, ortaq bir məxrəc olmadığna görə məsələ müzakirə mövzusundadır. Ola bilər ki, növbəti mərhələdə bu da aktuallaşsın və qərar qəbul edilsin".