19 oktyabr 2020 15:08
716

İbrahimoviç: Bütün futbolçular məndən nümunə götürür

“Milan” 4 il idi ki, derbini qazana bilmirdi. İki həftə evdə qaldım və oynamaq üçün səbirsizlənirdim. Nə olur olsun, bu oyuna çıxmalı idim".
 
“İki sahil” xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunda “İnter”ə qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Derbidə dubl edərək komandasına qələbə qazandıran 39 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında "Milan"ın futbolçularına nümunə olduğunu bildirib: "Komandanın ən yaşlı futbolçusuyam, daha çox məsuliyyət daşıyıram. Bu hissi sevirəm, çünki bütün futbolçular məndən nümunə götürür”.