11 dekabr 2019 17:40
832

İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov DMX yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

DMX-dən bildiriblər ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Xidmətin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayan Vüsal Hüseynov miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində fəal iştirak edən Şuranın ictimai nəzarətin təmin olunmasında, şəffaflığın artırılmasında səmərəli fəaliyyətini diqqətə çatdırıb və İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirib. O, qarşıdan gələn növbəti ildə də Şuranın uğurlarının daha da artacağına ümid bəslədiyini bildirib.

İctimai Şuranın sədri Azər Allahverənov göstərilən etimada görə təşəkkürünü bildirib. O, Şuranın fəaliyyətinə nəzər salıb, görülən işlər barədə məlumat verib, əldə olunmuş nəticələrdən danışıb.

Sonra digər məsələlərlə bağlı təkliflər irəli sürülüb və müzakirələr aparılıb.