20 sentyabr 2019 15:34
658

İl ərzində Ukraynada 739 aviabomba zərərsizləşdirilib

Cari ildə Ukraynada İkinci Dünya müharibəsinə aid 739 aviasiya bombası aşkarlanaraq zərərsizləşdirilib.

AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, il ərzində bu qurum tərəfindən 44 min 555 partlayıcı maddə zərərsizləşdirilib. Təkcə son bir sutkada 299 silah-sursat, o cümlədən bir aviabomba aşkarlanıb.

Əksəriyyəti İkinci Dünya müharibəsindən qalan döyüş sursatlarının çoxu yaşayış məskənlərində xüsusən torpaq və tikinti işləri aparılarkən üzə çıxır.

Məlumata görə, Fövqəladə Hallar üzrə Dövlət Komissiyası Ukrayna ərazisinin döyüş sursatlarından təmizlənməsi üçün axtarışları hər gün davam etdirir.