01 iyun 2020 13:13
949

İmtahan iştirakçıları tibbi maska taxmalıdırlar

Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 1-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.