12 iyul 2019 20:39
264

İngiltərə Hörmüz boğazına hərbi gəmi göndərir

İngilis donanması ötən həftə Cəbəllütariqdə Suriyaya neft daşıdığı iddia edilən İran tankerini saxlamışdı.

“Ölkə.Az” xəbər verir ki, bu məsələdən sonra başlayan gərginlik daha da alovlanıb. Buna səbəb isə İngiltərə mətbuatında çıxan bir xəbər olub. Xəbərə əsasən, ingilis hökuməti Hörmüz Körfəzinə yeni bir hərbi gəmi göndərəcək.

İngiltərənin “Sky News” telekanalının xəbərinə əsasən, Hörmüz körfəzində olan “HMS Montrose” hərbi gəmisinə kömək məqsədi ilə “HMS Duncan” destroyeri də regiona göndərilir. İddiaya görə, Qara dənizdəki NATO təlimlərində vəzifəsini başa vuran gəmi buradan Hörmüz Körfəzinə istiqamət götürəcək.