24 noyabr 2020 18:56
723

İngiltərə millisinin futbolçusu məhkəmə qarşısına çıxır

İngiltərə millisinin və "Aston Villa" klubunun futbolçusu Cek Qriliş məhkəmə qarşısına çıxacaq.

"İki sahil" report-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə 4 dəfə yol hərəkət qaydalarını pozub.

İngiltərə qanunlarına görə, bir ildə dörd dəfə qaydaları pozan sürücü mühakimə olunmalıdır.

Qrilişin məhkəmə iclası noyabrın 24-də olacaq. Onun böyük məbləğdə cərimə ilə üzləşəcəyi gözlənilir.