11 yanvar 2019 17:59
7864

“İnstaqram”da ən çox izləyicisi olan yerli məşhurlar

“Follower” yəni səninlə maraqlananlar, “following” isə sənə maraqlı olanlar. “İnstaqram” sosial şəbəkəsinin əsasını təşkil edən bu prinsip yerli məşhurlar arasında da dəbdədir.

Sosial şəbəkələrdən təkcə  adi  insanlar deyil, həm də məşhurlar istifadə edirlər. Hər bir tanınmış simanın da özünə uyğun izləyiciləri vardır. Bu yalnız rəqəmlər deyil. Məhz bu sayda bir çox mənalar var.

Son zamanlar  isə izləyicilərin sayının çox olması  “gündəm” olduğu anlamına gəlir.  Populyarlıq dərəcəsi müəyyənləşir.

İzləyicisi çox olan profil sahiblərinin gündəlik paylaşımlarına baxış sayı və “like”  çox olan şəxslərə həm də  reklam təklifləri gəlir. Maddi baxımdan da əhəmiyyət kəsb edir.

Bəzən izləyicilər proqram  vasitəsilə süni şəkildə artırılır. Diqqət edilərsə, bunun “fake” yəni saxta olduğu aydın olur. Bu hal  hətta tanınmışlar arasında mübahisə yaranmasına  da səbəb yaradır.

Apardığımız araşdırma nəticəsi əsasında, 2019-cu ilin ilk ayında “instaqram” hesabları üzrə ən çox izləyicisi olan  yerli məşhurlarımızın  ardıcıl siyahısını sizlərə təqdim edirik:

1. Müğənni Sevinc-Sevil  Səfərova ( 1milyon 800 min)

2. Müğənni Röya Ayxan (1 milyon 500 min)

3. Aparıcı Zaur-Günay Baxşəliyevlər (1 milyon 500 min)

4. Müğənni Damla ( 1milyon 400 min)

5. Müğənni Emin Ağalarov (1milyon 300 min)

6. Müğənni Günay İbrahimli (1 milyon 200 min)

7. Müğənni Xatirə İslam (1 milyon 200 min)

8. Aparıcı Vüsalə Əlizadə (1milyon 200 min)

9. Müğənni Roza Zərgərli (1milyon 200 min)

10.Stilist Anar Ağakişiyev (1 milyon 200 min)

11. Müğənni Şəbnəm Tovuzlu ( 1milyon yüz min)

12. Müğənni Sevda Yəhyayeva ( 1milyon)

13. Müğənni Natavan Həbibi (896 min)

Yaqut Ağaşahqızı, “İki sahil”