18 iyul 2019 17:15
983

İnstaqramdan pul qazananlara pis xəbər

Sosial medianın həyatımızın bir parçası olması ilə ortaya çıxan və yeni bir peşə halına gələn “influencer”lərə (sosial media fenomenləri) İnstaqramdan pis xəbər var.

Publika.az xəbər verir ki, bundan sonra paylaşılan postların altında nə qədər bəyənmə sayı topladığı görünməyəcək.

Bu gün istifadəyə veriləcək yeniliyin qısa müddətdə dünya miqyasında təsirini göstərəcəyi gözlənilir.

Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu ifadələrə yer verilib: “Biz dostlarınızın paylaşdığı foto və videolara diqqətinizi cəmləmənizi istəyirik. Neçə bəyənmə sayı toplamasına deyil”.

Bu yenilik bir çox istifadəçilərin xoşuna gəlməyib. Bəzi iddia edir ki, instaqram hesablarını siləcəklər.

Qeyd edək ki, bunun sayəsində bir çox instaqram fenomenləri milyonlarla dollar pul qazanırdı.