07 fevral 2019 11:12
1024

“Iran Air” Tehran-Bakı aviareysini ləğv edib

Fevralın 7-da həyata keçirilməli olan Tehran-Bakı aviareysi ləğv olunub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, “Iran Air” aviaşirkətinin yerli vaxtla saat 12:05-də “IR 778” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Aviareys “Airbus A310-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.