18 iyul 2019 20:27
786

İran neft tankerini girov götürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Oman körfəzində 12 nəfər heyəti olan gəmini girov götürüb.

AZƏRTAC xəbər verir ki, gəmi heyəti 1 milyon barrel neft qaçaqmalçılığında ittiham edilir.

Xatırladaq ki, ötən həftə Böyük Britaniya İranın neft tankerini saxlayaraq sanksiya rejimini pozmaqda ittiham etmişdi. Həmin vaxt İranın Ali Rəhbəri Böyük Britaniyanın hərəkətinin cavabsız qalmayacağını bəyan etmişdi.

Siyasi müşahidəçilər ehtimal edirlər ki, girov götürülən gəmi Böyük Britaniyaya məxsusdur. İran tərəfi hələlik gəminin kimə məxsus olmasını açıqlamayıb. Araşdırma aparılır.