25 iyun 2019 14:02
680

İran-Türkiyə sərnişin qatarı fəaliyyətə başlayıb

Tehran-Təbriz-Van sərnişin qatarı iyunun 25-də İran vaxtı ilə saat 9.30-da (Bakı vaxtı ilə 8.00) bu ölkənin paytaxtından Təbrizə doğru yola çıxıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu gün axşam saatları Təbrizə çatacağı gözlənilən qatar yerli vaxtla 23.30-da oradan yola çıxacaq və iyunun 26-da Ankara vaxtı ilə 6.00-da (Bakı vaxtı ilə 7.00) Türkiyənin Van şəhərinə çatacaq.

Həmin qatar iyunun 26-da axşam saatlarında Van-Təbriz-Tehrana istiqamətində yola düşəcək.