16 noyabr 2019 10:24
185

İranda benzinin qiyməti qalxdı

Dünyanın ən böyük neft ehtiyatlarına malik İran dövlət tərəfindən subsidiya edilən benizinin qiymətini 50% artırıb.

Milli.Az xəbər verir ki, İran Milli Neft Məhsulları Şirkətinin açıqlamasına görə, subsidiya edilən benzin aylıq 60 litrədək min tüməndən 1500 tümənə yüksəldilib. Avtomobil başına bir ay içərisində 60 litrdən çox benzin alınsa, litrin qiyməti 3 min tümən olacaq.

İranın Prezident köməkçisi və Büdcə və Planlaşdırma naziri Məhəmməd Bakır Nobaht artımdan əldə edilən gəlirlə maddi sıxıntı çəkən 18 milyon ailəyə yardım ediləcəyini deyib:

"Bir nəfərlik ailələr üçün 55 tümən, 5 nəfərlik ailələr üçün 205 tümən maddi yardım ediləcək".