10 avqust 2020 14:05
716

İranda koronavirusdan daha 189 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 189 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 132  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 328 844 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 286 642 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 993 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.