03 dekabr 2020 14:57
550

İranda üç terrorçu həbs edilib

İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) üç terrorçunun həbs olunması ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, SEPAH-ın İranın Qərbi Azərbaycan vilayətində keçirdiyi əməliyyat zamanı üç nəfərin terror aktları təşkil etmək planları ifşa olunub və onlar saxlanılıblar. Terrorçuların evlərində və iş yerlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda silah-sursat, saxta sənədlər və rabitə əlaqəsi yaratmaq üçün cihazlar aşkarlanıb.

Qeyd edək ki, ötən ay Kürdüstan vilayətində də xüsusi əməliyyat keçirilmiş və terror aktının qarşısı alınmışdı.