30 oktyabr 2020 17:44
706

İrandan sərhəd açıqlaması

Qarabağ münaqişəsi ilə həmsərhəd bölgələrdə İran üçün heç bir təhdid yoxdur.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bunu İran ordusunun komandiri, general Kəyumərs Heydəri deyib.

İran ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ölkənin sərhəd bölgələrində sakit və təhlükəsiz mühitin təmin edilməsi İranın "qırmızı xətti"dir.

Qeyd edək ki, son həftələrdə İran silahlı qüvvələri Qarabağ münaqişəsi zonası ilə həmsərhəd bölgələrdə konsentrasiyasını artırır, əlavə bölmələr göndərməklə sərhəd təhlükəsizliyini və zenit qüvvələrini gücləndirir.