26 may 2019 12:05
318

İranlı general gizli silaha malik olduqlarını açıqlayıb

İran heç kimə məlum olmayan gizli silahı ilə ABŞ-ın Fars körfəzindəki gəmilərini bir neçə dəqiqədə batıra bilər.

AZƏRTAC xəbər veririk, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Murtaza Qurbani deyib.

General bildirib ki, Fars körfəzindəki ABŞ hərbçiləri həddini aşarsa və İrana qarşı hər hansı bir addım atsalar, onlar dənizin dibinə göndəriləcək. General gizli silah haqqında ətraflı məlumat verməyib. Bildirib ki, bu, çox məxfi saxlanılır.

Xatırladaq ki, generalın bu bəyanatı ABŞ-ın Fars körfəzinə ikinci hərbi gəmi göndərmək qərarından sonra səslənib.

Son aylar ABŞ ilə İranın münasibətləri son dərəcədə kəskinləşib. Hər iki tərəf müharibə istəmədiklərini bəyan etsələr də, qarşılıqlı ittihamlar və hərbi güc nümayişi davam edir.