16 sentyabr 2019 17:31
729

İranlı general: İran müharibəyə tam hazırdır

ABŞ unutmasın ki, onun Yaxın Şərqdə üç hərbi bazası var və İranın raketləri həmin bazalara tuşlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın hərbi-kosmos qüvvələrinin komandanı general Əmir Əli Hacızadə deyib. O bildirib ki, İran müharibə istəmir, lakin bununla yanaşı, müharibəyə tam hazır vəziyyətdədir. ABŞ hər hansı təxribata yol versə, onun regiondakı hərbi bazaları atəşə tutulacaq.

İranın milli televiziyasında çıxış edən general ABŞ-a çağırış edərək yalan və böhtan kampaniyasına son qoymağı tələb edib.