22 oktyabr 2020 13:55
1784

İrəvan “Azərbaycan əsgəri” Sərdar Ortacı “öldürdü” FOTO

Ermənistanın “İctimai” radiosu Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın şəkilini paylaşaraq, "Öldürülən azərbaycanlı əsgərlərin sayı" adlı xəbər dərc edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Xəbərlər.com" saytı məlumat yayıb. Saytın məlumatına görə, 11 dildə yayımlanan sözügedən Ermənistan mətbuatı Sərdar Ortacın və aktyor Kaan Girginin 2000-ci ildə hərbi xidmətdə çəkilən fotosunu öldürülən azərbaycanlı əsgərlər kimi təqdim edərək, saxta hesabat təqdim edib.