30 noyabr 2020 19:23
1283

İrəvanda növbəti aksiya: Prospekt bağlandı

Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyaçılar İrəvanın Maştoç prospektini bağlayıblar.

"İki sahil" Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Hazırda etirazçılar Spendiaryan adına Opera və Balet Teatrının yaxınlığında dayanıb. Prospektin bu hissəsində hərəkət tamamilə dayanıb.

Aksiya iştirakçıları, “Nikol, get”, - “Nikol-satqın” kimi şüarlar səsləndirirlər.

Polis prospektdə hərəkəti bərpa etmək üçün etirazçıları ərazidən uzaqlaşdırmağa çalışır. Lakin aksiya iştirakçıları yenidən toplaşdığı yerə qayıdaraq prospekti bağlayır.

Hadisə yerinə çoxlu sayda polis qüvvəsi gətirilib.