03 dekabr 2020 20:31
1675

İrəvanda xal deyil, «hay»lara vay qaldı

Siyasi, hərbi, diplomatik masada məğlub olan Paşinyanın «mif» ordusunun əsgərləri müharibənin ilk günlərindən ölümə məhkum olduqlarını anladılar və ruhən öldülər

Xalqımızın dilinin əzbəri olan mahnılarımız ona görə sevilir, yaşadılır ki, bu mahnılarda əzəli yurdumuz, adət- ənənələrimiz öz əksini tapır. Məsələn, böyükdən kiçiyə hər bir azərbaycanlının dilinin əzbəri olan «İrəvanda xal qalmadı» sözləri ilə başlayan xalq mahnısında açıq-aşkar bildirilir ki, sonradan Ermənistana çevrilən, İrəvan da daxil olmaqla qədim yurd yeri, Qərbi Azərbaycan bizim dədə-baba torpaqlarımızdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistana qan udduran Milli Ordumuz ermənilərə həmin mahnının ikinci misrasını oxutmadı, əzbərlətdi. İndi Ermənistanın baş naziri Nikol Paşinyan dilənçi kimi kəsdiyi hər qapının astanasında boynunu bükərək bu sözləri göz yaşları ilə gəvələyir: «Daha məndə can qalmadı.»

Bu yerdə Prezident İlham Əliyevin artıq zərb-məsələ çevrilən «Nə oldu, Paşinyan?» sözlərini xatırlatmaq da yerinə düşər. Etiraf etməsə də, Paşinyana heç vaxt unutmayacağı dərs verən Prezident İlham Əliyevin sözlərinin hər birini Paşinyan qulağında sırğa etməlidir. Çünki 44 gün davam edən müharibənin məğlubiyyətinin acısını unutmayan Nikol Azərbaycan xalqının birliyini, həmrəyliyini, ordumuzun qüdrətini ifadə edən Ali Baş Komandanımız İlham Əliyevin dəmir yumruğunun zərbəsindən özünə gəlib deyilənləri qavramasının, tarixlərini öyrənməsinin vaxtıdır: « Bu bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir. Biz isə artıq haqq-ədaləti bərpa etmişik, biz tarixi həqiqəti bərpa etmişik.» Prezident İlham Əliyevin bu sözlərindən sonra onun-bunun oyuncağı olan dimdikli papağını başına qoyub, hakimiyyətə gələrkən əlindən düşməyən ruporundan həqiqətləri etiraf etməlidir. Millətini səhv ideologiya ilə xəstələndirərək, «böyük Ermənistan» xəyallari ilə yaşayan tarixçilərinə tapşırmalıdır ki, terrorçu yetişdirmək, axmaq işlərlə məşğul olmaq əvəzinə milli kimliklərini dəqiqləşdirsinlər. Necə deyərlər, onun –bunun tarixindən qoparmaqla yaşamaq, saxta tarix formalaşdırmaq olmaz. Qısası, hər gün bir qapıdan gələn yeməklə qarın doymaz.

 Baş nazirləri kimi bütün ermənilər də bilməlidirlər ki, İkinci Qarabağ döyüşlərində işğalçı üzərində qələbə çalan Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Bir neçə ay əvvəl «Qarabağ Ermənistandır, nöqtə» deyə, başından böyük danışan, havadarlarına arxalanan, Azərbaycan qarşısında yeddi şərt irəli sürən Paşinyana «Rədd olun gedin bizim torpaqlarımızdan» söyləyən Prezident İlham Əliyev sözünün sahibi oldu: «Bax budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi.»

Əvvəlki korrupsioner, xunta rejimi ilə xalqını aldadan sələflərinin və Paşinyanın «yeddi» səhvi üzündən Ermənistanın fərari, sınıq-salxaq ordusu çökdü. Bu məğlub ordu həm də sabiqlərin-Koçaryanın, Sarkisyanın uğursuzluğudur. Bu məğlubiyyət işğalçı ölkəyə rəhbərlik etmiş hərbi cinayətkarlara dərs oldu. İndi Paşinyanı düşündürən özünü xalqın qəzəbindən qurtarmaq, kreslosunu qorumaqdır. Amma unudur ki, qan, nifrət, kin üzərində qurulan hakimiyyət, despotizm, zülmkarlıq heç kimə uğur gətirməyib. Qarabağı özəlləşdirəcəklərini zənn edən «yan»ları diz çökdürüb, belini qıran Azərbaycan Ordusu daşnakların əfsanələrinin üstündən xətt çəkdi. «Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar, baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq» söyləyən Prezident İlham Əliyevin bu sözlərinə də qulaq asmayan ermənilər həmişə oğurladıqları mənəvi dəyərlərimizi örnək seçərək bizim «yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır» el məsəlinə uyğun yol seçdilər. 44 gündə burunlarının dikinə gedərək törətdikləri hərbi, ekoloji terrorların cəzalarını çəkdilər. İlan kimi ətrafına zəhər saçan ermənilər Türkiyə-Azərbaycan qardaşlığının da gücünü gördülər. Səmum yeli kimi hərdən bir tərəfə əsərək yerini bəlli etməyən Ermənistan rəhbərlərinin Rusiya, Qərb, Soros yerdəyişməsi daşnaklara baha başa gəldi.

 Azərbaycana təslim olduğunu hərbi kapitulyasiya olan üçtərəfli Bəyanatı imzalamaqla bildirən Paşinyanın qara günləri hələ bitməyib. Ermənistanda getdikcə güclənən «istefa» dalğası, hakimiyyətə qarşı etiraz səsləri, Qarabağ müharibəsində həlak olanların, itkin düşənlərin valideynlərinin tələbləri işğalçı ölkəni qarışdırıb. İqtisadi böhran, sosial gərginlik içərisində qalan xalq Paşinyandan törətdiyi əməllər üçün haqq-hesab tələb edir.

 Azərbaycanın hərbi sahədə qazandığı uğurlar, müharibənin taleyində həlledici rolu olan Şuşanın düşməndən azad edilməsi gününün Zəfər Günü kimi qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam xalqımızı sevindirdi. Paşinyan komandasını, daşnakların «Böyük Ermənistan» xəyallarını əbədilik tarixin arxivinə göndərdi, qaniçən, terrorçu dövlətin layiq olduğu məğlubiyyət haqqını tanıdı.

 Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması ilə Qarabağın əzəli, əbədi sahiblərinə məxsusluğu təsdiqləndi.

 Hazırda bütün dünyanın hərbi ekspertləri, xarici KİV-lər 44 gün davam edən müharibəni zəfərlə başa vuran Azərbaycan Ordusunun hərbi strategiya və taktikasının sirlərindən ətraflı bəhs edir, Şuşa uğrunda döyüşlərin hərb tarixində bənzəri olmadığından söz açırlar. Ali Baş Komandan İlham Əliyevin bacarığı, siyasi iradəsi, qətiyyətindən danışılır, nümunə göstərilir. «Nev York Times» qəzeti yazır ki, Dağlıq Qarabağdakı sülh kövrəkdir, amma alternativsizdir.

 Həmişə deyildiyi kimi, Ermənistana hərb meydanında qalib gələn Azərbaycan diplomatiya sahəsində də rəqibini küncə sıxışdırır. Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsinin iclasında erməni diasporu və ermənipərəst , anti-Azərbaycan qüvvələrin sabiq separatçı rejimlə «diplomatik əlaqələr» yaratmaq təklifləri səsvermədə qəti şəkildə rədd edildi. Bununla da Paşinyan iqtidarına növbəti zərbə oldu.

 Hərbi ekspertlərin dedikləri kimi, səngərin udan və ya uduzan tərəfində olmaq müharibənin taleyini həll edir. Əsas şərt isə qan-can itkisində ruhən ölməkdir. Ruhun qırıldısa, müharibə bitdi. Siyasi, hərbi, diplomatik masada məğlub olan Paşinyanın «mif» ordusunun əsgərləri müharibənin ilk günlərindən ölümə məhkum olduqlarını anladılar və ruhən öldülər. Yaranmış vəziyyətdən çıxış yolu axtaran Paşinyanın istefasını tələb edən ermənilər iflasa uğramış ruhlarını qaytarmağa çalışsalar da, mümkün deyil. Buna nail olmaq üçün bu millətin genində kök salan, nəsildən-nəsilə irsən keçən qana hərislik xəstəliyi, başqalarına məxsus olanları mənimsəmək, oğurlamaq vərdişləri, ermənizm ideologiyasının mahiyyətini əks etdirən faşizmə sadiqlik ruhu müalicə olunmalıdır.

 Düşdükləri vəziyyətdən çıxış yolları axtaran Ermənistan müxalifəti özlərinə yeni baş nazir axtarırlar. Namizədləri də bəllidir: Ermənistanın keçmiş baş naziri və müdafiə naziri, kecid hökuməti quracaq Vazgen Manukyan.

 Amma unudurlar ki, Ermənistanda vazgenlər, tiqranlar, sarkisyanlar, koçaryanlar çoxdur. Amma nə qədər çalışsalar da, sağlam ideyaya malik, insani, bəşəri duyğulara hörmətlə yanaşa bilən rəhbərləri olmayacaq. Çünki bu toplumun milli xarakteri, dövlət siyasəti əvvəldən qara qüvvələrə xidmət edən ideyalar, prinsiplər əsasında formalaşıb. Necə deyərlər, qozbeli qəbir düzəldər, donuz da öz xoşuna darıdan çıxmaz. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düzəlmələri üçün onlara qəbir qazmaqla, məscidlərimizə bağladıqları donuzları da qoltuqlarına verib yola saldılar.

 

 Xuraman İsmayılqızı, «İki sahil»