22 noyabr 2019 14:18
784

İsmayıllı ağ örpəyə bürünüb

İsmayıllının zəngin təbiəti ağ örpəyə bürünüb. Bölgəyə ilk qar yağıb. Ucqar Lahıc-Brovdal-Cülyan zonasında, Qalacıq, Mücü, Sulut kəndləri ərazilərində qarın qalınlığı 5-10 santimetrə çatır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk qar əkinçiliklə məşğul olan fermerlərin, xüsusilə də uşaqların sevincinə səbəb olub.

Elektrik enerjisinin, təbii qazın verilişi, yollarda avtomobillərin hərəkəti normaldır.