06 dekabr 2019 15:43
1120

İsmayıllı sakinləri bir gündə 20200 ədəd ağac əkiblər - FOTO

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir gün ərzində respublika ərazisində 650 min ağac əkmək təşəbbüsünü irəli sürüb. Təşəbbüsə böyük sevinc və məsuliyyətlə qoşulan İsmayıllı sakinləri bir gündə 20200 ədəd ağac əkməyi qərara alıb. Bu dəyərli, ekoloji tarazlığın yaradılması və möhkəmləndirilməsində çox əhəmiyyətli olan aksiyanın həyata keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında görülüb. Ekologiya və Təbii Sərvətlər nazirliyindən 19 min əkin materialı alınıb, yerli imkanlar hesabına isə 1000 ədəd ting tədarük edilib.

Dekabrın 6-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünə cavab olaraq İsmayıllı sakinləri mütəşəkkiliklə aksiyaya qoşulublar. Aprel zəfəri döyüşünə salınan “Zəfər” parkında 700, Heydər Əliyev prospektində 300, Əbülhəsən Ələkbərzadə küçəsində 1200, və rayonun bütün kəndlərində, bələdiyyə ərazilərində çoxnövlü ağaclar əkilib. Bu nəcib təşəbbüsə Yeni Azərbaycan Partiyasının üzvləri rayonun bütün idarə,müəssisə və təşkilatları, yerli icra və özünüidarəetmə strukturları, gənclər, ağsaqqallar, ümumi təhsil məktəbləri tərəfindən bəyənilib və həyata keçirilib.

Bundan sonrakı plana əsasən rayon ərazisində ağacəkmə kampaniyası davam edəcək.

Orxan Vahidoğlu, “İki sahil”