03 dekabr 2020 20:12
1022

İsmayıllıda Qarabağ qaziləri ilə növbəti görüş olub

İsmayıllıda Qarabağ döyüşlərində yaralanan və qazi adını qazanan igid oğullarla növbəti görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə qazilər öz evlərində ziyarət olunublar. Ziyarətdən məmnun qalan qazilər qonaqların istəyi ilə öz döyüş yollarından danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qazanılan Böyük Qələbənin sevinci ilə yaşadıqlarını bildiriblər.

Qonaqlar Vətən Müharibəsinin igid oğullarının qayğıları ilə maraqlanıb, qazilərin eləcə də şəhid ailələrinin, qanlı döyüş yolu keçən müharibə iştirakçılarının öz üzərlərində daim dövlətimizin, ölkə rəhbərinin qayğısını hiss edəcəklərini söyləyiblər.