23 yanvar 2020 21:13
988

İspaniya Avropada birinci olaraq kömürdən tam imtina edə bilər

İspaniya Avropada kömürlə işləyən elektrik stansiyalarında alınan enerjidən tam imtina edən ilk ölkə ola bilər.

AZƏRTAC “Business Insider” saytına istinadla xəbər verir ki, son 40 ildə İspaniyada kömürlə alınan elektrik enerjisinin həcmi azalaraq 5 faizə endirilib.

2025-ci ildə bu ölkədə kömürlə işləyən yalnız bir elektrik stansiyası olması, 2027-ci ildə isə belə stansiyaların ümumiyyətlə olmaması nəzərdə tutulur.