17 fevral 2020 11:06
1620

İspaniya La Liqası: “Real Madrid” səfərdə xal itirib

Fevralın 16-da İspaniya La Liqasının 24-cü turunun sonuncu qarşılaşması keçirilib.

“Real Madrid” klubu səfərdə “Selta Viqo” komandasının qonağı olub.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Madrid təmsilçisinin heyətində Toni Kros (52), Serxio Ramos (65), “Selta Viqo”nun isə Fyodor Smolov (7) və Santi Mina (86) fərqləniblər.

Heç-heçə eləməyinə baxmaraq, “Real Madrid” 53 xalla turnir cədvəlinin lideridir. “Selta Viqo” isə 21 xalla 17-ci yerdə qərarlaşıb.