07 iyul 2020 09:50
908

İspaniyada çimərliklər yenidən bağlanır

İspaniya hökuməti COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə onlarla məşhur çimərliyi bağlayıb.

"İki sahil" Rusiya mətbuatına istinadən xəbər verir ki, Əndəlüs vilayətində 50, Malaqa şəhərində 30 çimərlik bağlanıb. Hökumətin bu qərarı istirahət günlərində çimərliyə axışan insanların sosial məsafəyə və digər təhlükəsizlik qaydalarına riayət etməməsi və bunun nəticəsində yoluxma sayında artım müşahidə edilməsi səbəb olub.

Qeyd edək ki, İspaniyada tibbi maskadan istifadə məcburidir. Həmçinin, 10-dan çox insanın bir yerə toplaşmasına icazə verilmir.