15 aprel 2019 17:22
164

İspaniyanın “Air Nostrum” aviaşirkəti 148 reysi ləğv edib

İspaniya Pilotlar İttifaqının (Sepla) elan etdiyi tətil nəticəsində İspaniyanın “Air Nostrum” regional aviaşirkəti aprelin 15-dən etibarən bu həftə üçün planlaşdırılmış 148 reysi ləğv etməyə məcbur olub.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu fakt ilk üç həftə ərzində təqribən 10.000 sərnişinə təsir göstərəcək.

“Air Nostrum” öz bəyanatında təsdiqləyib ki, tətil nəticəsində yaranmış fasilələri minimuma endirmək üçün nə mümkündürsə edəcək.