24 aprel 2019 20:31
190

İstanbulda çökmə təhlükəsi olan 26 bina boşaldılıb

İstanbulun Kağıthane rayonunda uçan dördmərtəbəli binanın ardından çökmə təhlükəsi olan daha 26 bina boşaldılıb.

AZƏRTAC xəbər verir ki, boşaldılmış binaların sakinləri ərazidəki otellərə yerləşdirilib.

Əraziyə baxış keçirən Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum hadisə ilə bağlı məlumat verib. Bildirib ki, çökmə hadisəsi ilə bağlı ərazinin coğrafi təhlilləri aparılır. Təhlillərin nəticələrinə əsasən ərazinin yenidən qurulması planlaşdırılır.