14 avqust 2019 11:49
72

İstanbulda ingilis derbisi - "Liverpul", yoxsa "Çelsi"?

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq. 

Qol.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək görüşdə iki ingilis klubu üz-üzə gələcək.

Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşacaq. 

Qeyd edək ki, sonuncu dəfə "Çelsi" 1998, "Liverpul" isə 2005-ci ildə Superkuboku başı üzərinə qaldırıb.

14 avqust

UEFA Superkuboku

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə)
Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu