12 yanvar 2019 13:41
212

İstanbulda qaldırıcı kran ilə lokomotiv toqquşub

Türkiyənin İstanbul şəhərində qaldırıcı kran ilə lokomotiv toqquşub.

"İki sahil" xəbər verir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, lokomotiv Florya rayonunda sınaq yürüşü keçirərkən elektrik naqilini təmir edən qaldırıcı maşınla toqquşub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.