17 yanvar 2020 18:14
827

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 18-19-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 18-də axşam və yanvarın 19-da havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq. Yollar buz bağlayacaq.

Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-4° isti olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°dək isti, gündüz 6-10° isti olacağı bildirilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-da havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Paytaxtda isə gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, yanvarın 19-da gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.